Yeni Zelandiya 4 ölkə vətəndaşlarına yeni sanksiyalar tətbiq etdi

Yeni Zelandiya hakimiyyəti Rusiya, Belarus müəssisələri, vətəndaşları üçün yeni məhdudiyyətlər elan edib və sanksiya siyahısına KXDR-in dörd və İranın iki vətəndaşını əlavə edib. Bu barədə ölkənin xarici işlər naziri Uinston Piters məlumat verib.
Nazir qeyd edib ki, yeni sanksiyalar Rusiya Federasiyasının hərbi sənaye kompleksi ilə əlaqəli müəssisə və vətəndaşlara, habelə Koreya Xalq Demokratik Respublikası, İran və Belarusdan olan Rusiya tərəfdarlarına tətbiq edilib. Sanksiyalar ümumilikdə 18 fiziki və hüquqi şəxsə aiddir. Vellinqton Rusiyanın kölgə donanmasının 27 gəmisinə də məhdudiyyətlər qoyub.
Mətləb Salahov