İran Tehran yaxınlığında İsrailin daha bir F-35 qırıcısını vurdu...

İranın Hava Hücumundan Müdafiə Qüvvələri Tehranın cənub-şərqində yerləşən Vəramin şəhəri üzərində İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-35 təyyarəsini vurub.
IRNA agentliyi şəhər hökumətinin nümayəndəsi Hüseyn Abbasiyə istinadən bildirir ki, bu, İranla İsrail arasında hərbi eskalasiyanın başladığı iyunun 13-dən bəri SAXAL-ın vurulan beşinci döyüş təyyarəsidir. Həmçinin Vəramin üzərində İsrailə məxsus pilotsuz uçuş aparatının vurulduğu bildirilir.
ZÜMRÜD