İrana sızan MOSSAD agentləri raketlərlə Tehranda SEPAH hədəflərini vurdu… - VİDEO

Son məlumatlara görə, İran daxilinə sızan MOSSAD agentləri də hərəkətə keçərək Tehrandakı İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə "Spike" raketləri ilə hücumlar təşkil ediblər.
İsrail qırıcıları isə Tehranda İranın nüvə proqramı ilə əlaqəli obyektlərə zərbələr endirib. Eyni vaxtda İran da PUA-larla, ballistik və səsdən sürətli raketlərlə İsrail şəhərlərinə zərbələr endirib.
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) açıqlama yayaraq “Əsl vəd 3” əməliyyatı çərçivəsində İsrailin döyüş təyyarələri üçün yanacaq istehsalı müəssisələri və enerji infrastrukturunun çoxlu sayda PUA və raketlərlə hədəfə alındığını bildirib.
İsrail Müdafiə Qüvvələri (IDF) də açıqlama yayaraq Tehranda İranın nüvə infrastrukturu və yanacaq anbarlarını hədəf alan genişmiqyaslı hücum dalğasını tamamladığını açıqlayıb: "Kəşfiyyat kəşfiyyat rəhbərliyi altında Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Tehranda İranın nüvə infrastrukturunu hədəf alan genişmiqyaslı hücum dalğasını tamamlayıb. Buraya İran Müdafiə Nazirliyinin qərargahı, nüvə layihəsinin Spand qərargahı və digər hədəflər də daxildir. Bu hədəflər İran rejiminin nüvə arxivini gizlətdiyi nüvə silahı əldə etmək səylərinin bir hissəsi idi”.
TAHİR
Tahran'dan fırlatılan bir füze, havalandıktan kısa bir süre sonra düştü. pic.twitter.com/dztIDavBfo
— Türkiye Gazetesi (@turkiyegazetesi) June 14, 2025
İran'ın hipersonik füzesi İsrail'de bir bölgeyi doğrudan hedef aldı. pic.twitter.com/r4QgsuCCz4
— Türkiye Gazetesi (@turkiyegazetesi) June 15, 2025