İsrailin zərbələri İsfahan və Fordo obyektlərinə zərər verməyib - IAEA direktoru açıqladı

İran hakimiyyəti İsrailin zərbələri nəticəsində İsfahan və Fordo nüvə obyektlərinə zərər dəymədiyi barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə (IAEA) məlumat verib.
“İran hakimiyyəti ilə təmaslar təsdiq edir ki, İsfahandakı nüvə obyektinə və Fordo uranın zənginləşdirilməsi mərkəzinə heç bir zərər dəyməyib”, - deyə IAEA-nın direktoru Rafael Qrossi bu barədə özünün sosial media hesabında bildirib.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin 200-dən çox qırıcısı gecə ərzində İranda 100-dən çox hədəfə hücum edib.
ZÜMRÜD