Baş nazir Paşinyanla kilsə arasında qarşıdurma səngimək bilmir

Bütün ermənilərin katolikosu II Qaregin İrəvana gəlib. Hava limanında onu Hayrenik (Vətən) partiyasının lideri Artur Vanetsyanın çağırışı ilə kilsəyə və Patriarxa dəstək ifadə etmək və hakimiyyət tərəfindən başladılan kilsə əleyhinə kampaniyanı pisləmək üçün gələn vətəndaşlar qarşılayıb. Onlar katolikosu alqışlarla qarşılayaraq “Patri-arx!” şüarları səsləndiriblər. II Qaregin onu qarşılayanlara müraciət edib: “Bilirəm ki, siz buraya baş nazirin kilsə xadimlərinə qarşı son bəyanatlarına qəzəbinizi bildirmək üçün gəlmisiniz. Baş nazirin bu bəyanatları həm Ermənistanda, həm də diasporda soydaşlarımız arasında geniş hiddətə səbəb olub.
İnanıram ki, Allahın köməyilə və sizinlə birlikdə ağılla, gərəksiz emosiyalara, etirazlara yol vermədən bu sınaqdan da qalib şıxacağıq. İmanınızda, məhəbbətinizdə və Kilsəyə sədaqətinizdə möhkəm olun. İnanırıq ki, ümumi səylərimiz və qüvvələrin birləşməsi sayəsində biz bütün çətinliklərə tab gətirib, özümüz və nəslimiz üçün işıqlı sabah qura biləcəyik. Rəbbimiz xalqımızı əbədi olaraq qorusun”.
Surxay Əliyev