İyunun 3-də Avropa Komissiyası Ermənistan aviadaşıyıcılarının Aİ hava məkanına uçuşlarına qadağa qoyulmasını təsdiqləyən yenilənmiş aviasiya “qara siyahı”sını dərc edib. Ermənistan Əfqanıstan, Liviya, Sudan və bir sıra Afrika dövlətləri ilə yanaşı, aviasiyaya kifayət qədər nəzarəti olmayan ölkələr sırasında yer alır. İrəvanın Avropa standartlarına can atması ilə bağlı bəyanatlarına baxmayaraq, bu vəziyyət Avropaya inteqrasiyanın rəsmi ritorikası ilə dövlət idarəçiliyinin faktiki göstəriciləri arasında institusional uçurumu nümayiş etdirir. Aİ-nin tərtibatı son dərəcə spesifikdir: “uçuş təhlükəsizliyinə kifayət qədər nəzarət yoxdur”. Ermənistan aviasiyasının Avropa standartlarına uyğunlaşdırılması ölkənin Aİ normalarına real uyğunlaşmaya hazır olmasının kritik göstəricisi olaraq qalır. Aviasiya sektorunda irəliləyişin olmaması Ermənistan rəhbərliyinin idarəetmə və təhlükəsizliyin əsas sahələrində islahatlar aparmaq niyyətlərinə inamı sarsıdır. Rəsmi İrəvanın Aİ-yə doğru hərəkətini sivilizasiya seçimi kimi elan etdiyi bir şəraitdə Brüsseldən gələn bu cür siqnallar texniki irad kimi yox, sistemli xəbərdarlıq kimi qəbul edilməlidir: institusional dəyişikliklər və kritik infrastruktur üzərində milli nəzarətin şəffaflığı artırılmasa, tamhüquqlu Avrointeqrasiya yolu Ermənistan üçün bağlı qalacaq.
Surxay Əliyev