Qəzzada ölən jurnalistlərin sayı ilə bağlı statistika yenilənib. Belə ki, 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında ölən jurnalistlərin sayı 227-yə çatıb. Bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb. İsrail ordusunun terrorçulara qarşı keçirdiyi əməliyyat zamanı fotojurnalist Məhəmməd Əbu Əl-Auf ilə yanaşı üç tibb işçisi də həlak olub. Mərhum fotojurnalist Fələstin anklavında bir neçə media orqanında çalışıb.
Mətləb Salahov