ABŞ-da hazırkı prezident Donald Tramp əleyhinə etirazlar artıq rəsmi şəxslər səviyyəsində cərəyan edir. Məsələ burasındadır ki, Kaliforniya ştatı və qubernator Qevin Nyusom etirazları yatırmaq üçün Los-Ancelesə Milli Qvardiyanın göndərilməsi qərarının ştat konstitusiyasını pozduğunu əsas gətirərək ABŞ prezidenti Donald Tramp, Pentaqon və müdafiə naziri Pit Heqsetə qarşı iddia qaldırıb. Bu barədə Kaliforniya ştatının qubernatoru Qevin Nyusom “X” sosial hesabında yazıb. “Təsisçilər Konstitusiyamızda bu prinsipləri təsbit etdilər - hökumət öz xalqı qarşısında cavabdeh olmalı, hərbi deyil, qanunun aliliyini və mülki hakimiyyəti rəhbər tutmalıdır”, - deyə o qeyd edib.
Mətləb Salahov