ABŞ prezidenti Donald Tramp daha bir qərara imza atıb. Belə ki, ABŞ administrasiyası Los-Ancelesə göndərilən Milli Qvardiya əsgərlərinin sayını ikiqat artırıb. Bu barədə Pentaqonun sözçüsü Şon Parnel məlumat yayıb. Qeyd olunub ki, miqrantların aksiyası ilə bağlı göndərilən Milli Qvardiya əsgərlərinin sayı 4100 olub.
Sözçü bildirib ki, qoşunlar İmmiqrasiya və Gömrük Xidmətini dəstəkləmək və federal hüquq-mühafizə orqanlarına öz vəzifələrini təhlükəsiz şəkildə yerinə yetirməsinə kömək etmək üçün orada olacaq.
Mətləb