“Mülki Müqavilə” fraksiyasının keçmiş deputatı, Vahid Milli Sosialist Partiyasının təsisçisi Ovik Ağazəryan “Şərəfim var” blokundan baş nazirliyə namizəd Davit Hambardzumyan haqda müsbət fikirlər səsləndirsə də ona səs vermək niyyətində olmadığını bildirib. Mülki Müqavilə” fraksiyasının keçmiş deputatı qeyd edib ki, “Bu kontekstdə biz Edmon Marukyanın namizədliyini həm “Mülki müqavilə” fraksiyası, həm “Ermənistan” həm “Mənim şərəfim” fraksiyaları, həm də bir çox parlamentdənkənar qüvvələr üçün ən münasib və məqbul hesab edirik”, - deyə Ağazəryan qeyd edib. Ağazaryan həmçinin əmin olduğunu bildirib ki, hakim fraksiyadan olan deputatların “Ağazəryan-Aslanyan-Marukyan üçlüyü”nə qoşulma ehtimalı Davit Hambardzumyandan qat-qat çoxdur. Və əlavə edib ki, o, hakim fraksiya nümayəndələri ilə də danışıb və onlar onu Edmon Marukyanın namizədliyinə səs verməyə hazır olduqlarına inandırıblar, lakin Ağazəryan heç bir ad çəkməyib.
Xatırladaq ki, bu günlərdə Vyanada Avstriya Milli Müdafiə Akademiyasında Ermənistan və Azərbaycanın siyasi dairələrinin nümayəndələrinin görüşü keçirilib. Tədbir Avropa İttifaqı Araşdırmaları üzrə Beynəlxalq Mərkəzin təşəbbüsü ilə keçirilib. Azərbaycan tərəfdən görüşdə Milli Məclisin üzvü,” Milli Cəbhə” Partiyasının lideri Razi Nurullayev və Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı iştirak edib. Erməni tərəfini isə “İşıqlı Ermənistan” Partiyasının sədri Edmon Marukyan və “Mənim şərəfim var” fraksiyasının üzvü, Ermənistan Respublika Partiyasının üzvü Hayk Mamicanyan təmsil ediblər.
Surxay Əliyev