“Cəmiyyətimizdə çoxlu insanlar var ki, onlar Həcc ziyarəti üçün vəsait toplayıb,həmin vəsaiti doğma yurdlarını abadlaşdırmaq üçün istifadə edirlər – yollar,körpülər, tibb məntəqələri, məktəblər, uşaq bağçaları və digər mühüm sosial obyektlər tikirlər”. Bunu Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Qurban bayramı münasibətilə təbrikində qeyd edib. "Onlar xalqa, gələcək nəsillərə xidmət edirlər və heç şübhəsiz ki, müqabilində böyük mənəvi mükafat alırlar. Bu baxımdan,bizim hər birimiz İslam təlimlərinin mahiyyətini və humanist əsaslarını dərindən dərk etməli, həddi aşmamağa, dəbdəbələrə uymamalı, lüzumsuz şənliklər və təmtəraqlı mərasimlər təşkil etməməliyik", - deyə Tacikistanın lideri bildirib.Öz növbəsində Tacikistan mediası dövlət başcısının bu nəcib hərəkətini təqdir edərək qeyd edir ki, “Dövlətimizin başçısının da qeyd etdiyi kimi, milli qanunlarımızın - “Bayramların və mərasimlərin keçirilməsi qaydası haqqında” və “Uşaqlarımızın tərbiyəsi və təhsilinə görə məsuliyyət haqqında” müddəa və normalara ciddi əməl etmək lazımdır”.
Surxay Əliyev