Azadlıq Donanması Koalisiyasına məxsus “Madleen” adlı yelkənli gəmi və aralarında türk fəallar Hüseyn Şuayb və Yasemin Acar, Avropa Parlamentinin üzvü Rima Həsən və aktivist Qreta Tunberq də daxil olmaqla 12 insan haqları müdafiəçisi İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı aradan qaldırmaq üçün yardım ləvazimatları ilə iyunun 1-də İtaliyanın Siciliya şəhərindən yola düşüb. İlkin olaraq Qəzza sahillərində gəminin üzərində pilotsuz təyyarələr uçmuş, daha sonra İsrail ordusu tərəfindən gəmiyə müdaxilə edildiyi və əlaqənin kəsildiyi bildirilib.
İSTİFADƏ EDİLƏN KİMYƏVİ MAYE
Azadlıq Donanması Koalisiyasının sosial media hesablarında paylaşılan məlumata görə, əməliyyatdan əvvəl gəmiyə ağ kimyəvi mayenin tökülüb və daha sonra İsrail Ordusu tərəfindən gəmiyə basqın edilib.Hüquq müdafiəçisi Hüseyn Şuayb tökülən ağ mayeni göstərərək "Üstümüzə kimyəvi maye tökdülər,lakin bunun nə olduğunu bilmirik. Bu, mülki şəxslərə qarşı törədilən hərbi cinayətdir" deyib. Donanmanın sosial media hesablarında paylaşılan görüntülər gəmiyə basqın anlarını əks etdirərkən, açıqlamada "Madleenlə əlaqə kəsildi. İsrail ordusu gəmiyə mindi" ifadəsi işlədilib. Müdaxilədən sonra “Madleen” gəmisinin İsrail sahillərinə çəkildiyi və 12 fəalın isə nəzarət altına alındığı bəlli olub.
Surxay Əliyev