Ukraynalı boksçu Aleksandr Usık ABŞ prezidenti Donald Trampı Ukrayna müharibəsinin reallıqlarını yaşamaq üçün bir həftə evində yaşamağa dəvət edib:- "ABŞ prezidenti Donald Trampa məsləhət görürəm ki, qoy Ukraynaya gəlsin və bir həftə mənim evimdə yaşasın. Cəmi bir həftə. Evimi ona verəcəm. Xahiş edirəm, Ukraynada yaşayın və hər gecə baş verənləri izləyin", - deyə Usık bildirib.Boksçunun sözlərinə görə, hər gecə o, yaxınlıqda uçan partlayış və raket səslərini eşidir.
Eyni zamanda, Usık Trampın Ukraynadakı müharibə ilə bağlı fikrini dəyişib-dəyişməyəcəyinə əmin deyil. "Bilmirəm. Bəlkə də başa düşəcək, bəlkə də yox. Ukrayna xalqı ölür. Həlak olanlar təkcə hərbçi oğlanlar deyil, uşaqlar, qadınlar, nənələr, babalar da ölür. Mənim üçün çox çətindir. Bu, mənim ölkəmdir. Ölkəmdə baş verənlərdən narahatam", - deyə Usik əlavə edib.
Surxay Əliyev