İsrailli ekstrasens Tunberqin olduğu gəmidə naviqasiya nasazlığı yaratdığını iddia etdi

İsrailli ekstrasens Uri Geller, Qəzzaya yardım donanmasının İsrailə səfərini davam etdirdiyi üçün fəal Qreta Tunberqi dayandırmaqla hədələyib və Jerusalem Post qəzetinə onun Madleen gəmisindəki naviqasiya nasazlığına görə məsuliyyət daşıdığını bildirib. Yaffadakı Uri Geller Muzeyinin də sahibi olan Geller, "Mən gəminin naviqasiya sistemlərini söndürdüm"- deyib. O, cümə günü Twitter-də yardım aparan gəmiyə müdaxilə etmək üçün psixi güclərdən istifadə edəcəyi barədə xəbərdarlıq etdi. Bazar günü İsrail mediası gəminin naviqasiya alətlərinin nasaz olduğunu bildirib və Azadlıq Donanmasının komandiri İsraili bunun arxasında durmaqda ittiham edib. Bundan əvvəl isə İsrailin müdafiə naziri İsrael Katz Silahlı Qüvvələrə Qreta Tunberti və bir neçə digər fələstin tərəfdarı olan fəalın olduğu gəminin Qəzzaya çatmasının qarşısını almağı əmr etmişdi.
Surxay Əliyev