Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral X hesabında bir neçə gün əvvəl İBB Bələdiyyə Başçısı Əkrəm İmamoğlu ilə bağlı açıqlama verən AKP-nin qurucularından Hüseyn Çelikə qarşı sərt ifadələr yağdırıb. Saral İBB Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun həbsindən sonra Çelikin proseslə bağlı dəyərləndirmələrinə sərt reaksiya verib. Saralın X-də yazdığı yazıda bu sözlər yer alıb: "Vaxtilə AKP sıralarında xidmət etmiş, millətdən aldıqları etimadı daşımaq şərəfinə nail olmuş bəzi isimlərin bu gün iqtidara qarşı çıxması açıq-aşkar həyasızlıq və siyasi əxlaqsızlıqdır. Bu kürsüdə ilk olaraq qarşı tərəfə keçənlərin səmimiyyətindən, etibarından danışmaq mümkün deyil. Bu nankorluq və əslində xəyanətdir. Oktay Sarala görə,Hüseyn Çelikin “Əkrəm İmamoğlu prezidentliyə namizəd olduğu üçün əməliyyat aparılır” açıqlaması təkcə reallıqla əlaqəsini itirmiş bir diskurs deyil, həm də nifaq qazanıdır. Öz ambisiyalarına uyan keçmiş fiqurların açıqlamaları millətin iradəsinə, ədalət mexanizminə qarşı açıq təxribatdır. Heç kimin adı, rütbəsi, keçmiş vəzifəsi özünü ədalətdən yuxarı tutmağa kifayət etmir. Biz buna keçmişdə icazə verməmişik, bu gün də icazə verməyəcəyik. Vəzifələr gəlib-gedir. Amma bu millətə xəyanətin izi qalıcıdır".
Surxay Əliyev