Tramp administrasiyasının Cənubi Kaliforniyadakı hüquq-mühafizə orqanının yüksək vəzifəli nümayəndəsi bazar günü səhər tezdən bildirib ki, Milli Qvardiya qoşunları yaxın 24 saat ərzində Los-Ancelesə çatacaq. ABŞ-ın Kaliforniya Mərkəzi Dairəsinin müvəqqəti prokuroru Bilal “Bill” Essayli deyib ki, “nəzarətdən çıxan” immiqrasiya etirazlarını yatırmaq üçün 2000 əsgər lazımdır. Öz növbəsində Los-Anceles meri Karen Bass isə Prezident Donald Trampın Milli Qvardiyanın aksiyalara cəlb edilməsi qərarının “tamamilə lazımsız” olduğunu bildirib.
O, 1992-ci ildə Los-Ancelesdə 50-dən çox insanın ölümünə və minlərlə insanın həbsinə səbəb olan iğtişaşlara istinad edərək, "Şəhərimiz əvvəllər belə vətəndaş iğtişaşlarını görüb" deyə bildirib. "Əgər bunun yenidən baş verməsini istəyirsənsə, o zaman burda qoşunların və ya hüquq-mühafizə orqanlarının fövqəladə iştirakı lazımdır,hansı ki,bu, əhalini çaşdıracaq. Və problemi həll etməyəcək." Bass, Tramp administrasiyası ilə danışdığını və Los-Ancelesin etirazlarla bağlı hər hansı zorakılıqla mübarizəyə "yaxşı hazır olduğunu" söylədi. "2000 polis məmurunun, şəhərimizdə olması müsbət bir hal olmamamaqla yanaşı,onun bir faydası da olmayacaq" deyə Bass vurğulayıb.
Surxay Əliyev