Los Angeles County Şerif Departamenti CNN-ə göndərdiyi elektron poçtda şənbə günü etirazçılarla toqquşma zamanı şerifin iki köməkcisinin yaralandığını bildirib. Onlar həyati təhlükəsi olmayan xəsarətlərlə yerli xəstəxanaya çatdırılıb və sonra evə buraxılıblar. Departament etirazçıların xəsarətləri ilə bağlı konkret təfərrüatları açıqlamasa da, bir Hyundai avtomobilinin yandığını və ticarət mərkəzində yanğının baş verdiyini və tez bir zamanda söndürüldüyünü bildirib. Etirazlara və sonrakı iğtişaşlara immiqrantların həbsi səbəb olub. Prezident Donald Tramp cavab olaraq Kaliforniyaya Milli Qvardiyanın 2000 əsgərinin göndərilməsi barədə göstəriş verib.
Surxay Əliyev