Baş Nazir Paşinyandan sonra Ermənistan parlamentinin sədri Alen Simonyan da respublikanın birinci prezidenti ilə bütün ermənilərin katolikosunun görüşünü şərh edib:- “Martın 1-də camaatı güllələyəndə nə sən, nə də həmkarın evdən çıxdı, gətirdiyin Köçəryan-Serj qatillərinin atəşi altında öz tərəfdarlarını tərk etdin. Sonra İrəvanın səkilərinə ermənilərin qanı töküləndə dedin ki, o vaxt ən sakit gecəni keçirmisən. Sənə elə gəlir ki, nə etsən də, istiqlal rəmzi kimi xatırlanacaqsan, təriflənəcəksən, amma amansızcasına yanılırsan: zəmanə dəyişib, hər şeyi elə etmisən ki, uğursuz keçmişivin fəlakəti yadda qalmasın. Erməni xalqına nifrət etməyi və özüvü hamıdan üstün, hamıdan ağıllı saymaqdan əl çək. Siz mənəvi uğursuzluğun, siyasi uğursuzluğun, ümidin, insanların gözləntilərinin, bütün uğursuzluqların simvolusunuz.
Təpənin üstündəki qara mağaranızda tək qalın və məhv etdiyiniz dostlarınızın adlarını xatırlayın”, - deyə Simonyan Teleqram kanalında yazıb. Xatırladaq ki,Eçmiədzinin Ana taxt-tacının verdiyi məlumata görə, iyunun 7-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Eçmiədzinin Ana taxtına baş çəkib və katolikosla söhbət edib. Söhbət zamanı prezident Ermənistan Patriarxını tam dəstəklədiyini bildirib, eyni zamanda Ermənistan hakimiyyətinin erməni kilsəsinə konstitusiyaya zidd təcavüzlərini qəti şəkildə pisləyib.
Surxay Əliyev