Zelenski: "Rusiya aerodromlarına hücum edən yük maşını sürücüləri əməliyyat haqqında heç nə bilmirdilər"

“Hörümçək toru” əməliyyatında istifadə edilən rus yük maşını sürücüləri bu əməliyyatda iştiraklarından xəbərsiz olublar.Bu barədə Ukrayna prezidenti ABC News telekanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, onlar döyüş pilotsuz təyyarələrinin yük maşınlarında gizlədildiyini bilmirdilər və “sadəcə özlərinə tapşırılan işləri görürdülər”. Zelenskinin sözlərinə görə, dronlar açılan damları olan xüsusi konteynerlərin içərisində kamuflyaj edilmişdi. Mövqelərinə çatdırıldıqdan sonra damlar uzaqdan açılıb və pilotsuz təyyarələr zərbələr endirmək üçün havaya qalxıb. Ukrayna prezidenti əməliyyatda Ukraynanın yalnız öz istehsalı olan silahlardan istifadə edildiyini vurğulayıb.
Surxay Əliyev