Zelenski Trampın açıqlamasına sərt cavab verdi: “Putinlə mən uşaq deyilik”

Prezident Vladimir Zelenski Donald Trampın Ukrayna və Rusiyanın “uşaq kimi davranması” ilə bağlı fikir səsləndirməsini rədd edib. "Biz Putinlə parkda oyun meydançasında savaşan uşaq deyilik. O, bu parka uşaqları öldürmək üçün gələn qatildir", - deyə Ukrayna lideri Trampın bəyanatını şərh edərkən deyib. Zelenski əlavə edib ki, Trampın bəyanatı Ağ Ev rəhbərinin Ukrayna xalqının yaşadığı faciənin miqyasını anlamadığından qaynaqlanır.Zelenski Trampın açıqlamasına cavab olaraq, raket zərbəsi nəticəsində həyat yoldaşını və üç uşağını itirən ukraynalı atanın “hüdudsuz” ağrısını təsvir edib:- “O, sadəcə deyirdi ki, “Hər səhər oyananda ailəmi axtarıram – mənzildə hər yerə baxıram,onları axtarıram... Mən hələ də bunu kabus kimi hiss edirəm... bu çox pis yuxudur”, - deyə Zelenski qeyd edib. Lakin təəssüf ki,Tramp "bu ağrı-acını tam hiss edə və başa düşə bilmədi" deyə Zelenski vurğulayıb.O xatırladıb ki, müharibədə 631 ukraynalı uşaq həlak olub. “Və söhbət prezident Trampdan getmir, bu ölkədə, minlərlə mil uzaqda olmayan hər hansı bir şəxsdən gedir – onlar bu ağrını tam hiss edə və başa düşə bilmirlər” deyə Zelenski yekunlaşdırıb.
Surxay Əliyev