Mask ABŞ-da yeni “Amerika” adlı partiya yaradacağını bildirdi

Amerikalı sahibkar İlon Mask, prezident Donald Trampla mübahisədən sonra ABŞ-da yeni partiyanın yaradılmasını qərara aldığını bildirib və yeni partiyanı “Amerika” partiyası adlandırıb. O, bu barədə X sosial şəbəkəsində məlumat verib. "Party America", - deyə Mask yazdı. O, həmçinin qeyd edib ki, belə bir partiya ABŞ üçün lazımdır. Maskın sözlərinə görə, X sosial şəbəkəsində sorğuda iştirak edən amerikalıların 80%-i onun yaradılmasının lehinə danışıb.
Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp və sahibkar İlon Mask arasında iş adamının Ağ Evi tərk etmək qərarı ilə bağlı ictimai mübahisə yaranıb. Mask ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsini tərk edib, bundan sonra o,Trampın vergilərlə bağlı qərarını sərt şəkildə tənqid edib. Sahibkarın fikrincə, vergi güzəştlərini nəzərdə tutan qanun layihəsi ABŞ-ın büdcə kəsirinin artmasına səbəb olacaq.
Surxay Əliyev