Tramp Rusiyanın Ukrayna hərbi-sənaye kompleksinə zərbələr endirməsini “haqlı” saydı

Kiyev Moskvaya Ukrayna hərbi sənaye komplekslərinə zərbələr endirmək üçün əsas verdi. Bunu iyunun 6-da Amerika lideri Donald Tramp bəyan edib. "Onlar (Ukraynalılar) Putinə səbəb verdilər ki, gedib onları bombalasın", - deyə ABŞ prezidenti jurnalistlərlə söhbətində bildirib. Və əlavə edib ki, Ukraynanın Rusiya ərazisinə hücumları onun “xoşuna gəlməyib”. Amerika lideri həmçinin Ukraynadakı münaqişənin nüvə münaqişəsinə çevrilməyəcəyinə və tərəflərin nizamlanma üzrə danışıqları davam etdirəcəyinə ümid etdiyini bildirib.
Həmin gün Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, Rusiya hərbçiləri Kiyev rejiminin hücumlarına cavab olaraq Ukrayna Silahlı Qüvvələrinin hərbi sənaye kompleksiniə kütləvi zərbə endiriblər.
Surxay Əliyev