MTX erməni yeniyetmələrinin azərbaycanlılar tərəfindən oğurlanmasını təkzib etdi

Sünik rayonunun Tex icmasından iki azyaşlı tapıldıqdan sonra onlarla söhbətdən məlum olub ki, onlar ev heyvanlarını axtararkən azıblar və dumanlı hava səbəbindən ərazidə düzgün istiqamət götürə bilməyiblər. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb. "Onların azərbaycanlılar tərəfindən oğurlanması ilə bağlı yayılan məlumatlar isə həqiqətə uyğun deyil", - deyə MTX-dən bildirilib.
Bu arada məlum olub ki,Sünik rayonundan azmış və Azərbaycan ərazisinə düşmüş iki erməni yeniyetmə Ermənistan tərəfinə təhvil verilib. Bu barədə Teh icmasının rəhbəri David Qulunts bildirib. "Uşaqlar mənim yanımdadır", - deyən Qulunts təfərrüatları açıqlamayıb.
Surxay Əliyev