“Hörümçək toru” Rusiya-Ukrayna müharibəsində dönüş nöqtəsi olacaqmı?

Rusiyanın strateji aviasiyasına kütləvi hücum - Hörümçək toru əməliyyatından üç gün keçdi və Ukrayna hələ də onun tam əhəmiyyətini anlamağa çalışır. Çərşənbə günü Ukraynanın Təhlükəsizlik Xidməti aerodrom zərbələrinin və kompleks əməliyyatın ayrı-ayrı mərhələlərinin yeni, təəccüblü video görüntülərini yayımlayıb. Əməliyyatın görünməmiş uğuru Olenya, İvanovo, Dyagilevo və Belaya aviabazalarında uçuş-enmə zolaqları yaxınlığında qəzaya uğramış təyyarələrin konturlarını əks etdirən peyk görüntülərində də əks olunub. Ukraynalı müşahidəçilər üçün hazırlanması il yarım vaxt aparan əməliyyat möcüzə kimi görünür. "Bu, tariximizin ən parlaq əməliyyatlarından biri hesab oluna bilər", - deyə Ukraynanın DeepState hərbi analitik qrupunun qurucusu Roman Poqoreli bildirib:-“Biz güclü olmamızı, yaradıcı olmamızı və düşmənlərimizi nə qədər uzaqda olsalar da məhv edə biləcəyimizi göstərdik”.
Surxay Əliyev