Xaricdə Rus Pravoslav Kilsəsi “stalinizm”in dirçəldilməsinə qarşı çıxdı

Xaricdə Rus Pravoslav Kilsəsini Nyu-Yorkdakı rəhbərliyi 2024-cü ildə Rusiyanın “Siyasi repressiya qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üzrə dövlət siyasəti Konsepsiyası”na edilən dəyişiklikləri tənqid edib. “Onilliklər ərzində Rusiyada saysız-hesabsız qurbanlar verən cinayətkar rejimin mahiyyətini ayıq dərk etmək,onların başına gələn faciə ilə bağlı xalqın yaddaşını dərinləşdirmək əvəzinə, yeni “Konsept” bu mənəvi əhəmiyyət kəsb edən mövzunu təhrif edərək, geriyə atılır”, - deyə müraciətdə vurğulanır. Bundan əlavə, Xaricdə Rus Pravoslav Kilsəsi Çar II Nikolayın Rusiyanı darmadağın etdiyini və onu müharibəyə apardığını bildirən professor Yuri Vyazemskinin fikrini tənqid edib. Və Rusiyadan kənarda olan Rus Pravoslav Kilsəsi Yekaterinburqda kral ailəsinin edamını xatırladıb.
Stalinin heykəli mayın 15-də Moskva metrosunun 90 illik yubileyi münasibətilə Taqanskaya stansiyasında açılan barelyef çərçivəsində geri qaytarılıb. Omskda Feliks Dzerjinskinin abidəsi qoyulmağa hazırlanır. Bundan başqa, dəfələrlə Dzerjinski heykəlinin Moskvada Lubyankaya qaytarılması təklif olunub.
Surxay Əliyev