Merz Trampı Almaniyaya gətirə biləcək?

Almaniya kansleri Fridrix Merz cümə axşamı, iyunun 5-də Ağ Evdə Trampla apardığı danışıqlardan sonra Almaniya mətbuatına bildirib ki, ABŞ prezidenti Donald Tramp Almaniyaya səfər etməyə razılaşıb və hazırda səfərin tarixi müzakirə olunur. "O, Almaniyayla, vətəni ilə çox maraqlanırdı. Bu, ona çox təsir etdi və mən onu Almaniyaya səfərə dəvət etdim. Dəvəti qəbul etdi. İndi komandalarımız görüşü müəyyənləşdir ", - deyə Merz bildirib. Fridrix Merz deyib ki, Tramp Almaniyadan gələn hədiyyədən - 1869-cu ildə Almaniyanın Kallstadt kəndində babası Fridrix Trampın doğum haqqında şəhadətnaməsinin surətindən "emosional şəkildə təsirlənib". Merz əlavə edib ki, iyunun 15-17-də Kanadada keçiriləcək G7 sammitində və iyunun 24-26-da Hollandiyada NATO-nun sammitində ABŞ prezidenti ilə yenidən görüşməyi planlaşdırır. Merz: Yaxşı təməl qoyulub "Bu gün biz çox yaxşı şəxsi, həm də siyasi baxımdan səmərəli təmasların əsasını qoyduq", - deyə kansler yekunlaşdırıb.
Surxay Əliyev