Rusiya universitetləri hücuma məruz qaldı: dörd bölgədə Londonla gizli əlaqə aşkarlandı

Rusiya Federal Təhlükəsizlik Xidməti bildirir ki, Rusiyanın 4 regionunda universitet müəllimlərinin Britaniya fondları ilə əlaqələri aşkarlanıb. Söhbət Volqoqrad, Novosibirsk, Çelyabinsk və Tomsk vilayətlərindən gedir. Bu müəllimlər təkcə xarici təşkilatlarla əlaqə saxlamayıblar. Onlar LGBT* dəyərlərini təbliğ edən ədəbiyyatın yayılmasında iştirak ediblər və Oksford Rusiya Fondunun nümayəndələri ilə əlaqə saxlayıblar. Hansı ki,bu fondun Rusiyadakı fəaliyyəti artıq arzuolunmaz hesab edilib. Federal Təhlükəsizlik Xidməti əmindir ki, bu strukturlar mədəni layihələr adı altında fəaliyyət göstərirlər, lakin reallıqda Britaniya xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirirlər. Onların məqsədi ölkə daxilində sabitliyi pozmaqdır. Nəticədə on beş Rusiya vətəndaşı rəsmi xəbərdarlıq alıb. Bir müəllim inzibati maddə ilə məsuliyyətə cəlb edilib. Təhdidlərin aradan qaldırılması üçün universitetə nümayəndəliklər göndərilib. FTX xəbərdarlıq edir ki,arzuolunmaz hesab edilən xarici təşkilatların fəaliyyətində iştirak həm cinayət, həm də inzibati məsuliyyətlə cəzalandırılır.
Surxay Əliyev