Qurban bayramı ərəfəsində Türkiyədə minlərlə fəhləni küçələrə atdılar...

Rusiyanın Rosatom şirkəti tərəfindən tikilən Türkiyənin Akkuyu AES-də minlərlə işçi Qurban bayramı ərəfəsində işdən çıxarılıb və ya məzuniyyətə göndərilib. Buna rəsmi səbəb kimi tikintinin dayandırılması göstərilib. Mayın 26-da Türkiyənin Mersin şəhərində AES-in tikintisində minlərlə işçi işini itirib və ya məzuniyyətə göndərilib. Fəhlələr yanvar ayında maaşlarının indeksləşdirilməsini dayandırıldığını, daha sonra isə az ödəməyə başladıqlarını iddia edirlər. İşçilərdən biri bildirib ki, “TSM Energy” və “İçtaş İnşaat” şirkətlərində çalışanlar əvvəlki maaşları belə ödənilmədən məzuniyyətə göndərilib. Vəziyyət üç enerji blokunun tikintisini ləngidən Türkiyə ilə Rusiya arasında valyuta böhranı ilə mürəkkəbləşib. Bundan başqa, bəzi işçilər miqrantların hüquqlarının pozulduğunu iddia edirlər.Belə ki, Türkmənistan vətəndaşlarına 60 min lirə maaş vəd edilsə də,onların sənədləri əlindən alınıb və cəmi 24 mini ödənilib. “Barış Arge Global”ın nümayəndələri jurnalistlərin sorğularına cavab verməyiblər. Ödəniş verilmədiyinə görə işçilər vaxtaşırı etiraz aksiyalarına çıxırlar. Məsələn, “İntens” şirkətinin işçiləri maaşlarının artırılmasını tələb etsələr də, buna rədd cavabı verilib.2022-ci ildə “Genar Gentes” şirkətinin 700-ə yaxın işçisi maaş borclarına görə tətilə çıxıb. Bəzi hallarda etirazlar jandarma tərəfindən dağıdılıb.
Surxay Əliyev