Rusiyaya vurulan zərbənin miqyası məlum oldu - “Aerodromlar, neft bazaları və digər obyektlər”

Saratov vilayətindəki “Engels” və Ryazan vilayətindəki “Dyagilevo” aerodromlarına zərbələr endirilib. Ukrayna Müdafiə Qüvvələri bu gecə Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi Rusiya obyektlərini vurub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Facebook sosial şəbəkəsindəki məlumatında deyilir. "Ukrayna Müdafiə Qüvvələri qabaqlayıcı zərbələr endirib. Düşmənin kütləvi atəşə tutulması fonunda düşmən təyyarələrinin yerləşdiyi aerodromlar və digər mühüm hərbi obyektlərə zərbələr endirilib", - deyə məlumatda bildirilir. Xüsusilə, iyunun 6-na keçən gecə Saratov vilayətindəki “Engels” aerodromuna - Ukrayna Təhlükəsizlik Xidmətinin əməliyyatından sonra qalan düşmən təyyarələrinin cəmləşdiyi yerə uğurlu zərbə endirilib. Ukrayna ərazisinə raket zərbələri endirmək üçün istifadə edilən aviatankerlərin və qırıcılarının yerləşdiyi Ryazan vilayətindəki “Dyagilevo” aerodromu da vurulub. Nəticələr dəqiqləşdirilir", - deyə məlumatda bildirilir.
Surxay Əliyev