Matvienko İrəvanda Lavrovun “səhvini” təkrar etmədi

İrəvana rəsmi səfərə gələn Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyəti iyunun 6-da Ermənistan Milli Məclisinin sədri Alen Simonyanın müşayiəti ilə qondarma “erməni soyqırımı” memorial kompleksini ziyarət edib. Bu barədə qondarma “Erməni Soyqırımı” Muzey-İnstitutundan məlumat verilib. Rusiya nümayəndə heyətini Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin də müşayiət edir.
Surxay Əliyev