Trampla qarşıdurma Maska 34 milyard dollara başa gəldi

ABŞ prezidenti Donald Trampla münaqişə amerikalı sahibkar İlon Maska bir gündə 34 milyard dollara başa gəlib. Belə ki,biznesmen dünyanın ən varlı adamları siyahısında birinci yeri tutmaqda davam edir, lakin onun sərvəti 33,9 milyard dollar azalaraq 334,5 milyard dollara çatıb. Bir gün əvvəl bu rəqəm 368,4 milyard dollar idi. Ümumilikdə, 2025-ci ilin əvvəlindən sahibkar 97,9 milyard dollar itirib. İyunun 5-də Mask və Tramp bir sıra sərt şərhlər veriblər.
İş adamı bildirib ki, onun dəstəyi olmasaydı, Tramp 2024-cü ilin noyabrında ABŞ seçkilərində qalib gələ bilməzdi, Trampın impiçmenti ideyasını təsdiqlədi, prezidentin tətbiq etdiyi idxal rüsumlarını tənqid etdi və 2025-ci ilin ikinci yarısında Amerika iqtisadiyyatının tənəzzülə uğrayacağını proqnozlaşdırdı. Dövlət başçısı isə Maskın şirkətləri ilə hökumət müqavilələrini ləğv etməklə və bütün subsidiyaları ləğv etməklə hədələyib.
Surxay Əliyev