Tramp və Mask arasında “atışma” davam edir: “Dəli” Elon və “nankor” Donald

ABŞ prezidenti Donald Tramp və amerikalı milyarder və Hökumətin Effektivliyi Departamentinin (DOGE) keçmiş rəhbəri Elon Mask arasındakı gərginlik artan xətlə inkişaf edir.Belə ki,Mask X sosial şəbəkəsindəki bir sıra paylaşımlarında keçmiş rəhbərini tənqid edərək, onun Maskın prezidentlik kampaniyasını təbliğ etmək səylərinə cavab olaraq “nankorluq” etdiyini iddia edib. Mask, Trampın Ağ Ev müxbirlərinə seçki kampaniyasında Maskın köməyi olmadan da Pensilvaniyanı qazanacağını iddia etdiyi videoya münasibət bildirib. Prezident bu sözləri Respublikaçıların daxili siyasət qanun layihəsinə Maskın etirazına münasibəti ilə bağlı sualı cavablandırarkən deyib. Mask isə qeyd edir ki,“Mən olmasaydım, Tramp seçkiləri uduzardı, Demokratlar Nümayəndələr Palatasına nəzarət edərdi, Respublikaçılar isə Senatda 51-49 səsə sahib olardılar”.
Daha sonra Mask Tramp haqda: “O,Çox nankordur”-deyə qeyd edib. Öz növbəsində ABŞ prezidenti Truth Social sosial şəbəkəsində yazıb ki, “Elon tükənir” və o, prezident kimi Maskdan ABŞ administrasiyasından istefa verməsini xahiş edib. "Hər kəsi heç kimin istəmədiyi EV-ləri almağa məcbur edən onun EV lisenziyasını əlindən aldım (o bilirdi ki, mən bunu edəcəyəm!) və o,bundan sadəcə dəli oldu!" –deyə Tramp qeyd edib. Bundan əvvəl isə Tramp Oval kabinetdə Maskı sərt tənqid etmiş, ona görə “çox məyus olduğunu” bildirmişdi.
Surxay Əliyev