Merç Trampın milli kimliyi barədə "daşdan keçən" sənədi şəxsən özünə təqdim etdi...

Almaniya kansleri Fridrix Merz Vaşinqtona ilk səfəri zamanı ABŞ prezidenti Donald Trampı Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq sahəsində “əsas fiqur” adlandırıb. Və Vaşinqtonu Moskvaya təzyiqi artırmağa çağırıb. Eyni zamanda Merz açıq şəkildə bəyan etdi ki, Rusiya müharibənin təcavüzkarı və təhrikçisidir. “Biz Ukraynanın tərəfindəyik və Almaniya ilə Avropa İttifaqı Kiyevi daha güclü etməyə çalışır”-deyə Kansler vurğulayıb. Lakin Tramp bununla bağlı birmənalı açıqlama verməyib. Sadəcə Almaniya kanslerini Ağ Evdə qəbul edərkən Almaniyanın müdafiə xərclərini artırmasından müsbət yöndə danışıb.
“Mən bilirəm ki, siz indi müdafiəyə daha çox pul xərcləyirsiniz və bu, müsbət haldır”, deyə ABŞ Prezidenti qeyd edib. Eyni zamanda, Ağ Evin rəhbəri Almaniyada yerləşən Amerika qoşunlarının geri çəkilməyəcəyinə əmin edib. Tramp Merzi Vaşinqtonda qəbul edərkən onu "Almaniya üçün böyük kansler" adlandırdı. Mətbuat konfransında Putinə simpatiya bəsləməsiylə bağlı ittihamlara cavab verən Tramp “heç kimlə dost olmadığına” inandırıb və Merzə müraciət edərək əlavə edib: “Biz dostuq”. Tramp həmçinin bildirib ki, o, son telefon danışığı zamanı Putindən Ukraynanın pilotsuz təyyarələrinin Rusiya hərbi aerodromlarına endirdiyi zərbələrə cavab verməməyi xahiş edib. Cavabında Rusiya prezidenti deyib ki, onun “başqa seçimi yoxdur”, -deyə Ağ Ev rəhbəri əlavə edib.Görüşdə Merzin hədiyyəsi diqqət çəkib - BuTrampın babasının alman doğumlu şəhadətnaməsi olub.
Görüş zamanı Merz Trampa 1869-cu ildə Almaniyanın Kallstadt kəndində babası Fridrix Trampın doğum haqqında şəhadətnaməsinin surətini təqdim edib.O, Ağ Ev rəhbərinə sənədin qızıl çərçivədə alman və ingilis dillərində Sütterlin qrafikası ilə yazılmış surətini verib. Trampın babası 16 yaşında ABŞ-a mühacirət etdi, orada adını Frederik Tramp olaraq dəyişdirdi və varidatı Klondayk bölgəsində qızıl mədənçilərinin xidmətinə verilən bir otel idarə edərək qazandı. Lakin Trampın özü heç vaxt alman irsini vurğulamır, yalnız anasının Şotlandiya köklərini xatırladır.
Surxay Əliyev