Merz Trampı Ukraynadakı müharibəni birlikdə bitirməyə çağırdı

Almaniya kansleri Fridrix Merz Vaşinqtona ilk səfəri zamanı ABŞ prezidenti Donald Trampı Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq sahəsində “əsas fiqur” adlandırıb. “Biz bu müharibənin nə qədər dəhşətli olması fikri ilə razıyıq və onu bitirmək üçün yollar axtarırıq”, -deyə Merz bildirib. O, bunu cümə axşamı, iyunun 5-də Oval ofisdə danışıqlardan sonra deyib. Almaniya kansleri Vaşinqtonu Moskvaya təzyiqi artırmağa çağırıb və onu Ukraynadakı müharibəyə son qoymaq üçün birgə fəaliyyətə çağırıb.
Kansler əlavə edib ki, ABŞ "bu müharibəni bitirmək üçün çox güclü mövqedədir"."Biz əlimizdən gələn hər şeyi etməyə hazırıq", -deyən Merz eyni zamanda açıq şəkildə bəyan etdi ki, Rusiya müharibənin təcavüzkarı və təhrikçisidir. “Ona görə də biz Ukraynanın tərəfindəyik”, - deyə vurğulayıb və əlavə edib ki, Almaniya və Avropa İttifaqı Kiyevi daha güclü etməyə çalışır. Tramp isə öz növbəsində bununla bağlı heç bir aydın açıqlama verməyib. Almaniya kanslerini Ağ Evdə qəbul edərkən o, Almaniyanın müdafiə xərclərini artırmasını müsbət qarşılayıb. "Mən bilirəm ki, siz indi müdafiəyə daha çox pul xərcləyirsiniz və bu, müsbət haldır" deyə Tramp qeyd edib.
Surxay Əliyev