Paşinyan özündən çıxdı: “Köçəryan və Oskanyan əclaf və quldurdur”

“Əvvəlki hökumət iclaslarının birində Dilican uşaq bağçasının adını çəkdim, onun tarixinin keçmiş məmur ailəsi ilə bağlı olduğunu dedim, hesab etdim ki, bu, Nazirlər Kabinetinin iclası olduğundan konkret nəsə deməyə ehtiyac yoxdur”. Bunu iyunun 5-də hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Baş nazir qeyd edib ki,"Sonra görüşdən sonra bu eks-məmur əlində xəncərlə yazılar yazmağa başladı. Mən deməyəcək ki, mənim uşaq bağçalarım necə olub? Bu da kim ola - keçmiş xarici işlər naziri Vardan Oskanyan,hansı ki,bu əhvalat onun həyat yoldaşı ilə bağlıdır. Vardan Oskanyan və həyat yoldaşı Dilicandakı uşaq bağçasını neçə ələ keçieiblər, kimsə bunu izah edə bilərmi? Və bu yaxınlarda baş nazirin qızına hansısa kollecin binasını hədiyyə etdiyi barədə xəbərlər yayılmağa başladı. Onlar artıq quldur, əclaf olduqlarını gizlətməyə çalışmırlar, məni bu ifadələrə görə bağışlayın.
İndi onlar qarşılarına məqsəd qoyublar - baş naziri özləriylə bir tərəziyə qoymaq. Deyirlər, baxın, baş nazir Fransada üç milyon avroya ev alıb. Fransada bir-iki daşnak var, 3 avroya sayt açıb orda hər cür cəfəngiyyat yazırlar. Məsələn, biz Robert Köçəryanın rüşvətxor olduğunu rəsmən qeyd etməmişik, bu, məhkəmənin qərarı ilə qeyd olunur.Ermənistan Respublikasının məhkəmə sistemində ikinci prezident postunu tutan şəxsin rüşvətxor olduğu artıq rəsmən qeydə alınıb. Qoy məni məhkəməyə versinlər. Bundan sonra mən Robert Köçəryandan danışanda deyəcəm - rüşvətxor Robert Köçəryan. Hər şeyin bir həddi var. Yunanıstanda adaları olduğunu inkar etmirlər, artıq özlərini müdafiə də edə bilmirlər və göstərmək istəyirlər ki, biz də onlar kimi,quldur, rüşvətxoruq. Bu məqsədə çata bilməyəcəksiniz. Biz isə oğurlanan hər şeyi qaytarmağa davam edəcəyik, başqa variant yoxdur”, - deyə Paşinyan bildirib.