Hökumət binası qarşısında etiraz aksiyası: “Nikolu cəhənnəmdə gözləyirlər”

Baş nazir Nikol Paşinyan hökumətin iclasını keçirərkən bir qrup vətəndaş Nazirlər Kabinetinin binası qarşısında etiraz aksiyası təşkil edib. Təşkilatçılardan birinin dediyinə görə, etirazçılar indiki hakimiyyətə qarşıdırlar və onların əsas fiquru “Ölüm elçisi” paltarı geyinmiş, üzərində “Nikolu cəhənnəmdə gözləyirlər” yazılan personajdır. "O, cəhənnəmdən gəlib,Paşinyanın "günahlarını" sadalayır: küfr, satanizm, quldurluq, xəyanət, bədxahlıq, həqiqəti təhrif etmək, məğlubiyyət və mənəvi çürümə", - deyə təşkilatçı jurnalistlərlə söhbətində bildirib.
Etirazçılar bütün vətəndaşları fəal mübarizəyə çağırıblar: "Nikol sonuncu qırmızı xətti keçdi. Biz başa düşürük ki, çoxları Erməni Apostol Kilsəsinin qətiyyətli addımlar atmasını və mübarizəyə rəhbərlik etməsini gözləyir. Biz kilsədən xahiş edirik ki, heç olmasa, qədim ənənəyə uyğun olaraq, Ermənistan hakimiyyətini zəbt etmiş şərin üzərində şeytan çıxarma mərasimi təşkil etsinlər", - deyə aksiya iştirakcısı əlavə edib.
Surxay Əliyev