"Artıq vətəndaşlar ədalətə inanmırlar”

AKP-nin keçmiş nazirləri və alimlərindən ibarət 19 nəfərlik komanda hökuməti “ədalət”ə çağıran bəyanat yayıb. Türkiyədə qanunun aliliyinin dayandırıldığı bildirilən bəyanata imza atan AKP-nin qurucu simalarından olan Prof.Dr.Hüseyin Çelik hökuməti Əkrəm İmamoğlu ilə bağlı xəbərdar edərək, “Çox böyük səhv edirsiniz” deyib. O, "Təbii ki,İmamoğlu namizəd olmasaydı, bunlar olmazdı”-deyə vurğulayıb. Əvvəllər deyirdik ki, hicab qadağası zülmdür. Bu gün edilənlər də düzgün deyil". Daha sonra Çelik deyib: - Yaşamaq istədiyimiz respublika dünyəvi, polifonik və plüralist hüquqi respublikadır. - AKP proqramını yazan 10 nəfərdən biri də mənəm. AKP-nin proqramı nə qədər düzgün yazıldığından deyil, nə dərəcədə həyata keçirildiyindən asılıdır. Konfutsi deyirdi: “Hökmdar ədalətlidirsə, qanuna ehtiyac yoxdur, hökmdar ədalətsizdirsə,yenə qanuna ehtiyac yoxdur... - Ədliyyə sistemimizə inam 20 faizə düşüb. Artıq vətəndaşlar ədalətə inanmırlar.
Surxay Əliyev