Ukrayna Rusiyanın strateji aviasiyasının 30%-ni məhv etdi - təsdiqləndi

“Hörümçək toru” kod adlı əməliyyat nəticəsində Ukrayna xüsusi xidmət orqanları Rusiya strateji aviasiyasının 40-dan çox bölməsini sıradan çıxarıb.Bu barədə NATO-nun yüksək rütbəli nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, zədələnmiş və məhv edilən təyyarələr arasında 15 Tu-95 strateji bombardmançı, 12 Tu-22M3, həmçinin ən azı bir A-50 hava desant təyyarəsi var – hansı ki,Rusiya ordusunda cəmi beş belə təyyarə var. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2023-cü ilin əvvəlinə Rusiyanın 130 strateji təyyarəsi var: 60 Tu-22M3 (mənzil - 6500 km-ə qədər), 15 Tu-160 və 55 Tu-95 (hər ikisi - 10 000 km-ə qədər). Beləliklə, Hörümçək toru əməliyyatı NATO-nun Rusiyanın Ukraynanın mülki hədəflərinə hücumlarının “işçi atları” adlandırdığı strateji qanadlı raket daşıyıcılarının 30%-dən çoxunu sıradan çıxarıb. "Bu, mülki əhaliyə qarşı müharibədə fəal iştirak edən hədəflərə ağır zərbədir. İşğalın əvvəlindən bu təyyarələr Ukraynanın infrastrukturunu və yaşayış məntəqələrini vuran 3000-dən çox qanadlı raket buraxıb", - deyə alyansın nümayəndəsi iyunun 4-də Brüsseldə keçirilən brifinqdə bildirib.
Surxay Əliyev