Zelenski: “Rusiya bütün dünyaya orta barmağını göstərir”

Ukrayna prezidenti Vladimir Zelenski növbəti dəfə müharibəni dayandırmaq üçün Rusiyaya təzyiqi artırmağa çağırıb. O, bu barədə iyunun 4-də axşam Rusiya və ABŞ liderləri arasında telefon danışığından sonra öz Telegram kanalında yazıb:- "Bir çoxları Rusiya ilə müxtəlif səviyyələrdə danışıb. Lakin bu söhbətlərin heç biri davamlı sülhə, müharibənin sona çatmasına gətirib çıxarmayıb. Təəssüf ki, Putin özünü cəzasız hiss edir və hətta bütün dəhşətli zərbələrdən sonra belə, guya o, daha bir neçə "cavab" hazırlayır və bütün dünyaya orta barmaqlarını göstərir”, - deyə Zelenski bildirib. "Bu gün, Rusiyanın təcavüzü nəticəsində həlak olan ukraynalı uşaqların anım günündə biz bir daha dünya güclərinə bu faktları xatırladırıq. Əgər güclülər Putini dayandırmırsa, bu, Putinlə məsuliyyəti bölüşmək deməkdir. Əgər istəyirlərsə, amma dayandıra bilmirlərsə, Putin artıq onları güclü hesab etmir", - deyə Ukrayna lideri əlavə edib.
Qeyd edək ki,İyunun 4-də axşam Donald Tramp Vladimir Putinlə telefonla danışıb —bu onun Ağ Evə qayıtdıqdan sonra Putinlə dördüncü telefon danışığıdır...
Surxay Əliyev