Türkiyə yenə silkələndi

Türkiyənin Antalya vilayətinin Qazipaşa rayonunun Aralıq dənizi sahillərində 4 bal gücündə zəlzələ olub. Bu barədə AFAD məlumat yayıb. Yerli vaxtla 07:32-də (Bakı vaxtı ilə 08:32) baş verən zəlzələ yerin 67,26 km dərinliyində meydana gəlib. Tələfat və dağıntı qeydə alınmayıb.
Mətləb