ABŞ Prezidenti Donald Tramp Harvard Universitetinə daxil olan yeni tələbələr üçün beynəlxalq vizaların verilməsinin dayandırılmasına dair bəyannamə imzalayıb. Bəyannamədə bildirilir ki, hər hansı yeni Harvard Universiteti tələbəsinin F, M və ya J vizaları ilə ABŞ-a qeyri-immiqrant kimi girişi dayandırılır. Həmçinin Dövlət Departamentinə bəyannamənin meyarlarına cavab verən hazırkı Harvard tələbələri üçün mövcud vizalarının ləğvi məsələsini nəzərdən keçirmək tapşırılıb.
Mətləb