Kim Çen In Şoyqu ilə görüşdü, Putinə dəstək mesajı göndərdi

Şimali Koreya lideri Kim Çen In Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə bəyan edib ki, beynəlxalq məsələlərdə, o cümlədən Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya dəstək verəcək. Şimali Koreya lideri Rusiyanın “ölkənin suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin” qorunmasında uğur qazanacağına əminliyini ifadə edib.
Danışıqlar zamanı Kim Çen In və Şoyqu beynəlxalq vəziyyəti və Ukrayna ətrafında vəziyyəti müzakirə ediblər.
Mətləb