Tramp 12 ölkə vətəndaşları üçün ABŞ-a səyahət qadağası qoydu!

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik risklərini əsas gətirərək 12 ölkədən vətəndaşların ABŞ-a səyahətinin qadağan edilməsi haqqında bəyannamə imzalayıb. Bəyannaməyə əsasən qadağa tətbiq edilən 12 ölkə Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəməndir.
Yeni sənədə görə qanuni daimi sakinlərə, mövcud viza sahiblərinə, müəyyən viza kateqoriyalarına və girişi ABŞ-ın milli maraqlarına xidmət edən şəxslərə istisnalar tətbiq edilmə imkanı mövcuddur.
Mətləb Salahov