Türkiyənin “AJet” aviaşirkəti iyunun ortalarında Dəməşqə uçuşlara başlayacaq

Türk Hava Yollarının törəmə şirkəti olan “Ajet” iyunun ortalarında İstanbul və Ankara hava limanlarından Dəməşq Beynəlxalq Hava Limanına uçuşlara başlayacağını bildirib.”Ajet”-dən verilən açıqlamada, İstanbulun Sabiha Gökçen Hava Limanından uçuşların iyunun 16-da başlayacağını, ilkin olaraq həftədə 4 dəfə, iyul ayından etibarən isə gündəlik uçuşların həyata keçiriləcəyini bildirib. Türkiyənin paytaxtı Ankaradan Dəməşqə uçuşlar həftədə üç dəfə olmaqla iyunun 17-də başlayacaq. Türk Hava Yolları 13 illik fasilədən sonra yanvar ayından Dəməşqə uçuşları bərpa edib. Dəməşqdə yeni hökumətin yaxın müttəfiqi olan Türkiyə ölkənin yenidən qurulmasını dəstəkləməyə söz verib.
Surxay Əliyev