Pakistan Hindistanla danışıqlara hazır olduğunu bildirdi

Çərşənbə günü Pakistanin xarici işlər naziri İshaq Dar iki qonşu arasındakı münasibətlərdə istiləşmənin olmadığını nəzərdə tutaraq deyib ki, Pakistan əzəli rəqibi Hindistanla danışıqlara "hazırdır və ümidsiz deyil".Ötən ay hər iki tərəf mayın 10-da ABŞ-ın vasitəçiliyi ilə atəşkəs razılaşmasından əvvəl onilliklərin ən pis günləri sayılan dörd günlük toqquşmalarda döyüş təyyarələri, raketlər, dronlar və artilleriyadan istifadə edib. Bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar İslamabadda mətbuat konfransında deyib: "Onlar istənilən səviyyədə dialoq tələb edərsə, biz hazırıq və ümidsiz deyilik".
Xatırladaq ki, Pakistan və Hindistan arasında son gərginliyin artmasına Hindistanın Kəşmirində 26 turistin ölümü ilə nəticələnən terror aktı səbəb olub.Bundan sonra Hindistan Pakistana qarşı Sindoor əməliyyatı başlatmışdı.
Surxay Əliyev