Ukraynanın Rusiya bazalarına hücumları ABŞ-ı da narahat etdi

Ukraynanın 2025-ci il iyunun 1-də Rusiya aerodromlarına “Hörümçək toru” adlanan pilotsuz təyyarə hücumu hətta güclü ordusu olan ölkələrdə belə strateji aktivliyin zəifliyini üzə çıxardı. Belə ki, ABŞ özü də ucuz pilotsuz uçuş aparatlarından istifadə etməklə həyata keçirilə biləcək və ballistik raket təhlükəsi ilə məhdudlaşmayan oxşar hücumların riski altındadır. Hudson İnstitutunun hesabatında Amerikanın Hind-Sakit okean bölgəsindəki aerodromlarının, xüsusən də Çindən gələn müasir təhlükələrə qarşı son dərəcə həssas vəziyyətdə olduğu vurğulanır.
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) həyata keçirdiyi “Hörümçək toru” əməliyyatı Rusiyanın Murmansk, İrkutsk, Ryazan və İvanovo vilayətlərindəki dörd aerodromuna təsir göstərib, bir neçə təyyarəni sıradan çıxarıb və ya zədələyib. Yük maşınlarında taxta konteynerlərdə gizlədilən pilotsuz təyyarələr bazaların perimetrinə çatdırılıb və bu, Ukraynadan 4300 km-ə qədər məsafədə zərbələr endirməyə imkan verib. Rusiya Müdafiə Nazirliyi Murmansk və İrkutskda bir neçə təyyarənin yandığını etiraf edib.ABŞ-da da, xüsusən Hind-Sakit Okean bölgəsindəki aerodromların kifayət qədər mühafizə olunmadığı və Rusiyadakına bənzər bir ssenarinin mümkünlüyündən ehtiyat edilir. Belə ki, Çin son on ildə bərkimiş təyyarə sığınacaqlarının sayını iki dəfə artıraraq Tayvan yaxınlığındakı 134 bazada 3000-dən çox anqar tikib. Analitiklərin hesablamalarına görə, 10-a yaxın Çin raketi İvakuni bazasındakı əsas aktivləri sıradan çıxara bilər.
Surxay Əliyev