Qaçırılan Areq Şepixin yaxşıca döyülsə də indi azadlıqdadır

Xəbər verdiyimiz kimi, iyunun 3-də axşam saatlarında Moskvanın Yaroslavski dəmiryol vağzalında ictimaiyyəti şoka salan insident baş verdi: 39 yaşlı erməni əsilli olduğu deyilən biznesmen və bloger Areq Şepixini zorla AMR nömrəli və sayrışan işıqları olan qara rəngli “Mersedes”in yük yerinə salıblar. Kostyumlu bir neçə saqqallı kişi qışqıran Şepixini stansiyada sürüyərkən qaçırılan “Bu polis deyil!” deyə qışqırdığı məlum olub. Oğurlandıqdan sonra Şepixini metronun Filatov Luq ərazisindəki kafeyə aparıblar, onun sözlərinə görə, onu orada yaxşıca döyüblər, kamerada dindiriblər və müsəlmanları, Quranı və çeçenləri təhqir etdiyinə görə üzrxahlıq etməyə məcbur ediblər.Çeçenistan hakimiyyəti bunun adam oğurluğu deyil, ekstremizmdə şübhəli bilinən həbs olduğunu bildirsə də, Şepixinin taleyi qaranlıq olaraq qalır. Belə ki, Şepixin kafedə “dindirilib”, Ukrayna ilə əlaqələrdə ittiham olunub və təxribat xarakterli videoları dərc edərkən narkotikin təsiri altında olduğu iddia edilib. Şepixin bildirib ki, polis gecə yarısı Kiyevskoye şossesində “Mercedes”i saxlayıb, lakin onun yük yerində olmasına baxmayaraq, axtarış aparmayıb.
Bu isə baş verənlərin hüquq-mühafizə orqanlarının mümkün razılığı ilə baş verdiyinə dəlalət edir. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyunun 3-də axşam saatlarında paytaxt polisi Yaroslavski vağzalında ictimai rezonans doğuran hadisələrin 6 iştirakçısını saxlayıb.
Surxay Əliyev