Fransada Quranı yandırmaqda şübhəli bilinən şəxs həbs edildi

Çərşənbə axşamı, prokurorluğun məlumatına görə, o,iyunun 3-də Lion yaxınlığındakı Villeurbanne şəhərindəki məsciddən Quran oğurlamaqda və sonra onu yandırmaqda şübhəli bilinir. Polisdəki mənbələrdən verilən məlumata görə, hadisə ilə bağlı araşdırmalara başlanılıb. Prokurorluq şübhəlinin "psixoloji cəhətdən qeyri-sabit" olduğunu qeyd edib. Rhone departamentinin Məscidlər Şurasının məlumatına görə, hadisə iyunun 2-nə keçən gecə baş verib.Naməlum şəxs yerli məscidin ibadət otağına daxil olaraq müsəlmanların müqəddəs kitabının nüsxəsini götürərək yandırıb və binanın kənarında qoyub, yoxa çıxıb.
Surxay Əliyev