Erməni iş adamı Areq Şepixin Moskvada qaçırıldı

Rusiyanın bir neçə Telegram kanalı çərşənbə axşamı Moskvanın mərkəzində, Yaroslavski dəmiryol vağzalı yaxınlığında yoldan keçənləri köməyə çağıran və polisə zəng etməyi xahiş edən bir nəfərin oğurlanması barədə məlumat yayıb. Belə ki, qaçırılan şəxsin sosial şəbəkələrdə qeyd edildiyi kimi, erməni biznesmen Areq Şepixin olduğu ehtimal edilir. Və qaçırılan şəxs Moskvanın mərkəzindən sayrışan işığı olan avtomobilin yük yerində aparılıb.. Daxili İşlər Nazirliyinin Mərkəzi Federal Dairə üzrə Nəqliyyat İdarəsi xəbər verir ki, artıq polis araşdırmaya başlayıb.
Departament bəyan edib ki, sosial şəbəkələrin monitorinqi zamanı “Yaroslavski dəmir yolu vağzalında bir şəxsə qarşı qanunsuz hərəkətlər barədə görüntü aşkarlanıb”. Kadrlarda qaçırılan kişi ətrafdakıları köməyə çağırır və qışqırır: "Bunlar polis deyil!" Polis əməkdaşları Skolkovo ərazisində avtomobili saxlamağa çalışsalar da, bu mümkün olmayıb. Daha sonra hadisə şahidlərinə istinadən xəbər verilib ki, avtomobil Kiyevskoye şosse ərazisində saxlanılıb. Lakin Şepixinin maşında olub-olmadığı məlum deyil.
Surxay Əliyev