ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar paketi açıqlandı

Keyt Kelloqun sözlərinə görə, sanksiyalar Rusiya üçün “ağır” olacaq. ABŞ artıq Rusiyaya qarşı sanksiyalar hazırlayıb, Konqres və Ağ Ev onları təsdiqləməyə hazırdır. Bu barədə ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib. "Mən keçən həftəsonu senator Lindsi Qrem ilə danışdım. Anladığım qədər, sanksiyalar hazırdır. Layihə 2025-ci il Rusiyaya Sanksiya Aktı adlanır. Və məncə, Qrem onları artıq hazırlayıb və tətbiq etməyə hazırdır", - deyə xüsusi nümayəndə əmin edib. Onun sözlərinə görə, yeni məhdudiyyətlər “kifayət qədər ağır olacaq”.
"Məsələn, ABŞ-a idxala 500% gömrük rüsumu. Konqres və Ağ Ev bu məsələdə eyni fikirdədir. Rusiya neft gücüdür. O, gəlirinin böyük hissəsini neft-kimya sənayesindən alır. Bu sanksiyalar bu sənayeyə yönəlib", - deyə Kelloq qeyd edib.
Surxay Əliyev